Əsas Səhifə > MANŞET / HƏRBİ / ELM VƏ TƏHSİL > BİR İLDƏ ŞAMAXI RAYON GÖYLƏR KƏND MƏKTƏBİNDƏN 3 QIZ HƏRBİ İNSTİTUTA QƏBUL OLUNUB
BİR İLDƏ ŞAMAXI RAYON GÖYLƏR KƏND MƏKTƏBİNDƏN 3 QIZ HƏRBİ İNSTİTUTA QƏBUL OLUNUBBu gün, 21:02 |
|
NADİR HADİSƏ: BİR İLDƏ GÖYLƏR KƏND MƏKTƏBİNDƏN 3 QIZ HƏRBİ İNSTİTUTA QƏBUL OLUNUB Bu günlərdə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib. And içənlər arasında bu il instituta qəbul olunmuş 3 Göylərli gənc qızlar da var. Şəffaflıq.az-ın məlumatına görə Dövlət İmtahan Mərkəzinin açıqladığı nəticələrə görə Milli Müdafiə Universitetinin nəzdindəki Heydər Əliyev adına Hərbi İnstituta qəbul olmuş Göylər kənd Şəhid Əlsuvar Məmmədov adına 1 saylı tam orta məktəbin üç məzunu: ![]() 1.Salahova Fatimə Toğrul qızı (420 bal), beynəlxalq münasibətlər ixtisası, Dövlət Sifarişi 2.Alıyeva Ayan Əfqan qızı (412 bal), beynəlxalq münasibətlər ixtisası, Dövlət Sifarişi 3.Sayadova Xumar Şıxməmməd qızı (355 bal), beynəlxalq münasibətlər ixtisası, Dövlət Sifarişi Bir orta məktəbdən eyni ildə məzun olmuş 3 şagirdin, 3 qızın hərbi profilli eyni ali məktəbə qəbul olması NADİR HADİSƏ sayıla bilər.
Tələbələrimizlə fəxr edir, onlara uğurlar diləyir, "yüksək ünvanlardan xoş sədanız gəlsin" - deyirik! Göylər kənd Şəhid Əlsuvar Məmmədov adına 1 saylı tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Namiq İbrahimov, məktəbin direktoru Günay Şabanovadır. Milli Müdafiə Universiteti 5 mart 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılıb. Həmin tarixli fərmanla Heydər Əliyev adına Ali Hərbi Məktəbin bazasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verilib. Geri qayıt |