Əsas Səhifə > REGİON > Ermənistan və Çin müdafiə sahəsində əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər

Ermənistan və Çin müdafiə sahəsində əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər


Bu gün, 14:55


Ermənistan və Çin müdafiə sahəsində qarşılıqlı fəaliyyətin və uzunmüddətli planlaşdırmanın yeni istiqamətlərini müzakirə ediblər.

Şəffaflıq.az Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiə naziri Suren Papikyan Çində səfərdədir.

Pekinə səfəri çərçivəsində nazir Çinin müdafiə naziri, admiral Dong Junla görüşüb.

"Görüş zamanı müdafiə sahəsində Ermənistan-Çin əməkdaşlığı və onun inkişaf perspektivləri müzakirə olunub. Nazirlər müdafiə sahəsində ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib və qarşılıqlı fəaliyyətin və uzunmüddətli planlaşdırmanın yeni istiqamətlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar", - Müdafiə Nazirliyinin məlumatında bildirilib.


Geri qayıt