Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Ukrayna Ali Radası Ruslan Kravçenkonu baş prokuror vəzifəsindən azad edib

Ukrayna Ali Radası Ruslan Kravçenkonu baş prokuror vəzifəsindən azad edib


Bu gün, 14:15


Ukrayna Ali Radası Ruslan Kravçenkonu baş prokuror vəzifəsindən azad edib.

Şəffaflıq.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, Kravçenkonun vəzifədən azad edilməsini 317 deputat dəstəkləyib.

Qeyd edək ki, sentyabrın 7-də R.Kravçenko istefa ərizəsi verib. Bu, Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu tərəfindən həyata keçirilən və prokurorların da adlarının hallandığı "Karfaqen" əməliyyatından sonra baş verib.

Sentyabrın 14-də, hələ baş prokuror vəzifəsində olarkən R.Kravçenko Ukrayna Milli Antikorrupsiya Bürosunun direktoru barəsində şübhə bildirişi imzaladığını açıqlayıb və Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun rəhbərlərini istefaya çağırıb.

Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu Kravçenkonun bəyanatını "müstəqil antikorrupsiya orqanlarına qarşı sistemli hücumun davamı" adlandırıblar.

Elə həmin gün Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radanı Kravçenkonun vəzifədən azad edilməsini dəstəkləməyə çağırıb.

Daha əvvəl Ukrayna KİV-ləri məlumat vermişdi ki, sentyabrın 14-nə keçən gecə Kravçenko ölkəni tərk edib. Daha sonra R.Kravçenko, Ukraynadan getdiyini təsdiqləyib.


Geri qayıt