Əsas Səhifə > Maraqlı > Günün qoroskopu - 1 APREL
Günün qoroskopu - 1 APREL1-04-2020, 00:23 |
Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim ed Qoç - siz çox tələsirsiniz, bu isə xoşagəlməz hadisələrə səbəb ola bilər. "Qatarın qabağında qaçmaq" sizə bu qədərmi adrenalin bəxş edir? Hadisələri sakitcə müşahidə etməklə qəti hərəkətlər üçün lazım olan anı düzgün təyin edə bilərsiniz. Sizin ən böyük düşmənləriniz - zəiflikləriniz və kaprizlərinizdir. Buğa - əlbəttə, özünü sıxma-boğmaya salmaq o qədər də xoş deyil, amma getdikcə güclənən istəklərinizdən imtina etsəniz, çox yaxşı olar. Bu gün pəhriz saxlamaq, yaxud zərərli vərdişlərlə mübarizə sizə çətin olacaq. Səhhətinizə zərər vurmamağa çalışın. Əkizlər - insanları anlamaq, həmçinin onları olduqları kimi qəbul etmək bacarığınız işinizə yarayacaq. Bu gün həm özünüz, həm də yaxınlarınız üçün çox faydalı işlər görəcək, ehtiyacı olana əl tutacaqsınız. Bunun əvəzini sizə artıqlaması ilə ödəyəcəklər. Kütləvi tədbirlərdə iştirak üçün münasib gündür. Bəzi Əkizlər siyasətdlə ilk addımlarını atmağa çalışacaqlar. Xərçəng - uğurlu gündür. İnsanlarla yaxşı anlaşır, özünüzü onların yerinə qoya bilirsiniz, bu isə işlərinizi irəlilətməyə sizə kömək edir. Sizin cəsur ideyalarınızı və yaradıcı planlarınızı dəstəkləməyə hazır olan köməkçiləriniz çoxdur. Xaricə səfərlər, əcnəbi iş ortaqları ilə görüşlər, əcnəbi dillərin öyrənilməsi üçün yaxşı gündür. Şir - hansısa ailəvi planları, yaxud sevdiyiniz şəxslə gələcək həyatınızı müzakirə edə bilərsiniz. Yaradıcı potensialınız aşıb-daşır. Fantaztiyalarınızı gerçəkləşdirməyə çalışın. Qız - gün hadisələrlə doludur. Bunların əksəriyyəti isə sizin təşəbbüsünüzlə baş tutur. İnsanlarla asan dil tapır, öz dediyinizin üstündə durur və bu zaman təzyiqlə qarşılaşacağınızdan qorxmursunuz, çünki belə bir təzyiq heç yoxdur da. Həm işgüzar əlaqələrinizdə, həm də şəxsi həyatınızda təşəbbüs göstərin. İdeyalarınız uğurlu, perspektivləri yaxşıdır və bunu da hamı görür. Tərəzi - hansısa ciddi, mürəkkəb və məsuliyyətli bir layihəyə başlaya bilərsiniz. İşi düzgün bölüşdürmək bacarığınız sayəsində yorğunluq hiss etməyəcəksiniz. Əqrəb - işgüzar aktivliyiniz yüksəkdir. Bu səbəbdən başqalarının iflasa uğradığı sahələrdə siz uğurlar qazanırsınız. İşgüzar münasibətlər də dinamik inkişaf edir. İlkin danışıqlardan müqavilələrin imzalanması və layihənin gerçəkləşdirilməsinə başlanmasına keçid cəmi bir neçə saat vaxt ala bilər. Oxatan -şəxsi münasibətlərinizdə isə hər şey əksinədir: siz yaxınlarınızı hər cür neqativ təsirdən qoruyursunuz. Günün ikinci yarısı müstəqil məşğuliyyətlər və təklikdə istirahət üçün daha uyğundur - bunlar sizə mənəvi rahatlıq gətirəcək. Oğlaq - öz prinsiplərinə sadiq qalan Tərəzilər isə xırda, amma düzgün nailiyyətlərlə kifayətlənəcəklər. Yalnız belə Oğlaqlar nüfuzlu və hörmətli insanların dəstəyini qazanaraq öz mövqelərini möhkəmlədə bilərlər. Dolça - bugünkü qələbələrinizi hətta ətarfınızdakılar da sezəcəklər. Amma uğurlarınızın uzun və sabit olması yalnız sizdən asılıdır. Çünki nəhayət başa düşmüsünüz ki, məqsədə doğru ən qısa yol hiyləgərlikdən, ikiüzlülükdən, yalançı dostluqdan keçir. Amma unutmayın ki, ifşa olunmaq riskiniz də böyükdür. Balıqlar - emosional fon sabit deyil. Tez-tez dəyişən əhvalınızın təsiri altına düşürsünüz. Hansısa axmaq, dəyərsiz və yersiz anlaşılmazlıq üzündən sizin üçün vacib olan əməkdaşlıq pozula bilər. Sizin çoxdan içinizdə yığılıb qalan sözlərinizi üzə vurmaq həvəsiniz rəhbərliklə əməlli-başlı münaqişəyə səbəb ola bilər. / Milli.az Geri qayıt |