Əsas Səhifə > İnfrastruktur > Sabahdan Bakı metrosunda intervallar azaldılır
Sabahdan Bakı metrosunda intervallar azaldılırBu gün, 14:05 |
|
"Bakı Metropoliteni" QSC-də texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endirilir. Şəffaflıq.az bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, Qırmızı xətt üzrə sentyabrın 15-dən etibarən "İçərişəhər–Əhmədli" mənzilində pik saatlarda 2 dəqiqəlik intervalla hərəkət edəcək. Yaşıl xətt üzrə zərurət yarandıqda interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq. Bənövşəyi xətt üzrə payız-qış qrafikinə keçidlə "Avtovağzal–8 Noyabr" sahəsində 5 dəqiqə, "Xocəsən–Avtovağzal" sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur. Yeni tədris ilində bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq, ehtiyac olduqda əlavə tənzimləmələr aparılacaq. Geri qayıt |