Əsas Səhifə > SİYASƏT > Milli Məclisdə magistraturada təhsilin bir ilə endirilməsi təklif edilib
Milli Məclisdə magistraturada təhsilin bir ilə endirilməsi təklif edilibBu gün, 14:46 |
|
Milli Məclisdə magistratura təhsilinin müddətinin 1 ilə endirilməsi təklif edilib. Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında deyib. O xatırladıb ki, hər il Azərbaycanda magistraturaya qəbulda boş qalan yer sayı 4 min və daha çox olur: "Çünki gənclər 2 il oxumaq istəmirlər. Bu müddət uzundur və təklif edirəm ki, magistratura təhsili 1 ilə endirilsin". Geri qayıt |