Əsas Səhifə > Hadisə > Şəkidə 4 nəfəri çaqqal dişləyib

Şəkidə 4 nəfəri çaqqal dişləyib


Bu gün, 14:31


Şəki şəhərində 4 nəfər çaqqal hücumuna məruz qalıb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib.

71 yaşlı Oktay Əliyev, Töhvə Məmmədova (71), Reyhanə Muxtarova (61) və Sənan Əmirlini (36) küçədə çaqqal dişləyib.

Xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müalicəsi davam etdirilir.


Geri qayıt