Əsas Səhifə > SİYASƏT > Şahin Bağırov Samuxda vətəndaşları qəbul edib

Şahin Bağırov Samuxda vətəndaşları qəbul edib


Bu gün, 16:01


Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Samux şəhərində vətəndaşları qəbul edib.

Şəffaflıq.az komitəyə istinadən xəbər verir ki, Ş. Bağırov Samux və Göygöl rayonlarından, eləcə də Gəncə və Mingəçevir şəhərlərindən olan vətəndaşlarla görüşüb.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda sakinlərin müraciətləri dinlənilib. Müraciətlər əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı müraciətlər dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.


Geri qayıt