Əsas Səhifə > EKOLOGİYA > Avstraliya son iki COP-da liderliyə görə Azərbaycan və Braziliyaya təşəkkür edib

Avstraliya son iki COP-da liderliyə görə Azərbaycan və Braziliyaya təşəkkür edib


Bu gün, 15:19


Avstraliya son iki iqlim konfransında Azərbaycan və Braziliyanın liderliyini yüksək qiymətləndirib.

Şəffaflıq.az xəbər verir ki, bunu COP31 danışıqlar prosesinin Avstraliyadan olan sədri Devid Hiqqins Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) açılış mərasimində bildirib.

"Azərbaycan və Braziliyaya son iki COP konfransı ərzindəki liderliyə, eləcə də davam edən fəal iştiraka görə təşəkkür etmək istəyirəm", - o qeyd edib.

D.Hiqqins əlavə edib ki, Avstraliya formalaşmış ənənəni davam etdirmək və əldə olunmuş nəticələri inkişaf etdirmək üçün COP31 çərçivəsində Türkiyə ilə əməkdaşlığa ümid edir.

Xatırladaq ki, COP31 2026-cı il noyabrın 9-20-də Antalyada keçiriləcək. Türkiyə ev sahibi olan ölkə kimi çıxış edəcək, eləcə də sammitin təşkili və keçirilməsinə cavabdeh olacaq, Avstraliya isə konfrans çərçivəsində danışıqlar prosesinə rəhbərlik edəcək. Beləliklə, iki ölkə BMT-nin iqlim danışıqlarının keçirilməsi üzrə əsas vəzifələri öz aralarında bölüşdürəcəklər.


Geri qayıt