Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıbBu gün, 11:04 |
|
Rusiya və Ukrayna qarşılıqlı şəkildə zərbələr endirməyə davam edir, ölənlər və yaralananlar var. Şəffaflıq.az xəbər verir ki, Ukrayna mediası sentyabrın 9-u gecə saatlarında Rusiyanın Moldova ilə sərhəddəki "Starokazaçe" beynəlxalq buraxılış məntəqəsinə dronlar vasitəsilə zərbə endirdiyini qeyd edib. Bildirilib ki, zərbələr nəticəsində yanğınlar baş verib. Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, Rusiya pilotsuz uçuş aparatlarının (PUA) "Starokazaçe" buraxılış məntəqəsinə gecə hücumu nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb. Bundan başqa, sentyabrın 9-a keçən gecə Rusiya qoşunları Dneprə də zərbə endirib, nəticədə bir neçə yerdə yanğın baş verib. Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov öz növbəsində bildirib ki, ötən sutka ərzində Rusiya Silahlı Qüvvələri idarəolunan aviabombalar və müxtəlif tipli PUA-lar vasitəsilə Xarkova və vilayətin 11 yaşayış məntəqəsinə zərbələr endirib, nəticədə 1 nəfər ölüb, daha 8 nəfər xəsarət alıb. Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində bildirib ki, ötən gecə ərzində növbətçi HHM qüvvələri tərəfindən 596 Ukrayna PUA-sı məhv edilib. Rusiyanın Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev əlavə edib ki, ötən gecə Novorossiyskə PUA hücumu zamanı dörd nəfər ölüb, 29 nəfər xəsarət alıb. Geri qayıt |