Əsas Səhifə > REGİON > Rusiyanın şərqində ayılara görə yüksək hazırlıq rejimi tətbiq edilib

Rusiyanın şərqində ayılara görə yüksək hazırlıq rejimi tətbiq edilib


Bu gün, 09:32


Rusiya Federasiyasının (RF) şərqindəki Kamçatka diyarının Petropavlovsk-Kamçatski şəhərində ayıların şəhərə çıxması hallarının artması fonunda yüksək hazırlıq rejimi tətbiq edilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb.

"Bu gün saat 18:00-dan etibarən Petropavlovsk-Kamçatski şəhər dairəsində ayıların peyda olması ilə əlaqədar həyata yaranan təhlükənin aradan qaldırılmasına yönəlmiş tədbirlərə cəlb olunan qüvvə və xidmətlər üçün yüksək hazırlıq rejimi tətbiq edilir", - meriyanın saytında diyar mərkəzinin rəhbəri Andrey Vorovskidən sitat gətirilir.

Şəhərdə zibilin operativ şəkildə daşınmasına nəzarət gücləndirilir, valideynlərə uşaqları məktəbə qədər müşayiət etmək və geri gətirmək tövsiyə olunur. Şəhər sakinləri ayıq-sayıq olmağa çağırılır.

"İnterfaks"ın diyar hökumətinin məlumatlarına istinadən verdiyi xəbərə görə, təkcə ötən həftə yırtıcıların şəhərə çıxması barədə məlumatlardan sonra ovçular 11 ayını güllələyiblər.


Geri qayıt