Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Fransa Dənizaşırı ərazilərə səfər etmək istəyən əcnəbilər üçün viza qaydalarını sərtləşdirir
Fransa Dənizaşırı ərazilərə səfər etmək istəyən əcnəbilər üçün viza qaydalarını sərtləşdirirBu gün, 11:08 |
|
Fransa hökuməti ölkənin Dənizaşırı ərazilərinə səfər etmək istəyən əcnəbilər üçün viza qaydalarını sərtləşdirir. Bu barədə Bakı Təşəbbüs Qrupundan (BTQ) məlumat verilib. Məlumatda bildirilib ki, Fransa öz ərazisində tətbiq olunan Şengen viza rejimindən fərqli olaraq, Dənizaşırı ərazilərə daha ağırlaşdırıcı giriş-çıxış və viza qaydaları tətbiq edir: "Fransa qanunvericiliyinə əsasən, Avropadan kənarda yerləşən Dənizaşırı ərazilər - Qvadelup, Martinik, Fransız Qvianası, Reyunyon, Mayot, Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası) və Uollis və Futuna Şengen zonasının tərkibinə daxil deyil və Şengen vizasına malik olmaq, bir qayda olaraq, bu ərazilərə giriş üçün etibarlı hesab edilmir. Bu səbəbdən, viza tələb olunan əcnəbilər Dənizaşırı ərazilərə səfər etmək üçün ayrıca viza almalıdırlar". Qeyd olunub ki, Fransa Dənizaşırı ərazilərdə viza rejimini sərtləşdirməsi ilə bu ərazilərdə törədilmiş müstəmləkə cinayətlərinin beynəlxalq səviyyədə ifşa olunmasının qarşısını almağa çalışır: "Müstəmləkə ərazilərində yaşayan xalqların, yerli nümayəndələrin, media mənsublarının, tədqiqatçıların, hüquq müdafiəçilərinin və digər beynəlxalq iştirakçıların Dənizaşırı ərazilərə və həmin ərazilərdən beynəlxalq platformalara çıxışını əlavə viza və inzibati prosedurlardan asılı vəziyyətə salaraq, öz müstəmləkə cinayətləri və onun bu günədək davam edən nəticələri barədə məlumatların dünya ictimaiyyətinə çatdırılmasını çətinləşdirir. Fransa bir tərəfdən bu əraziləri öz dövlət ərazisinin tərkib hissəsi kimi sayır, digər tərəfdən isə bu ərazilərə giriş-çıxışı və hərəkət rejimini "ayrıca hüquqi çərçivə" adı altında məhdudlaşdıraraq materik Fransa ilə Dənizaşırı ərazilər arasında inzibati fərqliliklər yaradır". Diqqətə çatdırılıb ki, əlavə viza və giriş prosedurları turistlərin, investorların, sahibkarların, tədqiqatçıların və digər xarici iqtisadi və ictimai aktorların Dənizaşırı ərazilərə çıxışını çətinləşdirərək turizm gəlirlərinin, investisiya axınlarının, biznes əlaqələrinin və regional iqtisadi əməkdaşlığın genişlənməsinə maneələr yaradır: "Bu məhdudiyyətlər xüsusilə kiçik və coğrafi baxımdan təcrid olunmuş iqtisadiyyatlar üçün xarici bazarlara çıxış imkanlarını zəiflədərək onların regional iqtisadi inteqrasiyasını məhdudlaşdırır. Nəticə etibarilə, Karib, Sakit okean və Hind okeanı regionlarında yerləşən Fransanın Dənizaşırı əraziləri öz coğrafi qonşuları ilə iqtisadi və ticarət əlaqələrinin dərinləşdirilməsi imkanlarından məhrum olur, əvəzində isə materik Fransadan maliyyə, ticarət və institusional asılılıqları daha da güclənir". Məlumatda o da vurğulanıb ki, Fransa hökuməti BTQ əməkdaşlarına və onun xətti ilə Dənizaşırı ərazilərə səfər etmək istəyən şəxslərə viza verməkdən imtina edir. Şəffaflıq.az Geri qayıt |