Əsas Səhifə > SİYASƏT > Azərbaycanda xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək
Azərbaycanda xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcəkBu gün, 11:40 |
|
Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycanda örüş və otlaqlarda yem bazasının yaxşılaşdırılması məqsədilə xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək. Şəffaflıq.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. İstifadəsində azı 100 ha örüş və ya otlaq sahəsi olan 500 baş və ya daha artıq xırdabuynuzlu heyvan olan təsərrüfatlarda qeydiyyatda olan heyvana görə 4 manat subsidiya veriləcək. Subsidiyanın verilməsində əsas şərt təsərrüfatlara istifadə üçün verilmiş örüş və otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılmasıdır. Bu subsidiyaya müraciət edən təsərrüfatların istifadələrinə verilmiş örüş və otlardakı vəziyyət Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) Torpaqdan istifadə altsistemi və süni intellekt həllərindən istifadə olunmaqla monitorinq ediləcək. Geri qayıt |