Əsas Səhifə > Hadisə > Şərurda minik avtomobili yanıb
Şərurda minik avtomobili yanıbBu gün, 11:33 |
|
Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunun Aşağı Daşarx kəndində minik avtomobili yanıb. Bu barədə muxtar respublikanın Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri yanğın baş verən əraziyə cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində avtomobildə baş verən yanğının genişlənərək ətraf əraziyə, o cümlədən yaxınlıqdakı elektrik dirəyinə yayılmasına imkan verilmədən söndürülüb. Xəsarət alan olmayıb. Şəffaflıq.az Geri qayıt |