Əsas Səhifə > XARİCİ XƏBƏR > Polşanın cənubunda dronlara qarşı vasitələrlə təchiz ediləcək əlavə zenit alayı yaradılacaq.
Polşanın cənubunda dronlara qarşı vasitələrlə təchiz ediləcək əlavə zenit alayı yaradılacaq.Bu gün, 08:58 |
|
Polşanın cənubunda dronlara qarşı vasitələrlə təchiz ediləcək əlavə zenit alayı yaradılacaq. Şəffaflıq.az xəbər verir ki, bu barədə respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində yazıb. O bildirib ki, söhbət Bjeskoda yerləşdiriləcək 87-ci zenit alayının formalaşdırılmasından gedir. Alay təxminən 1 000 hərbçidən ibarət olacaq və raket əleyhinə, hava hücumundan müdafiə və dronlara qarşı müdafiə texnikası ilə təchiz ediləcək. "Bu gün səhər mən 87-ci zenit alayının formalaşdırılması barədə qərarı imzaladım; 87-ci zenit alayı Bjeskoda yerləşəcək", - nazir qeyd edib. Kosinak-Kamış əlavə zenit alayının hansı konkret silah nümunələri ilə təchiz ediləcəyini açıqlamayıb. Geri qayıt |