Əsas Səhifə > İdman > Azərbaycan komandası çimərlik voleybolu üzrə Avropa çempionatında pley-offa yüksəlib
Azərbaycan komandası çimərlik voleybolu üzrə Avropa çempionatında pley-offa yüksəlibBu gün, 08:56 |
|
İtaliyanın Battipaglia şəhərində keçirilən çimərlik voleybolu üzrə U-20 Avropa çempionatı davam edir. Şəffaflıq.az xəbər verir ki, Azərbaycanın oğlanlardan ibarət komandası bu gün iki oyun keçirib. İbrahim Məmmədov/Muhamməd Aslanlı cütlüyü əvvəlcə son dünya çempionu Norveç təmsilçiləri ilə qarşılaşıb. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb – 19:21, 21:14, 15:9. Azərbaycan komandası daha sonra İngiltərə təmsilçiləri ilə üz-üzə gəlib. Qarşılaşmada rəqib 2:0 hesabı ilə qalib gəlib – 21:14, 21:18. Məğlubiyyətlərə baxmayaraq, İbrahim Məmmədov/Muhamməd Aslanlı cütlüyü "24-lüy"ə düşərək növbəti mərhələyə vəsiqə qazanıb. Azərbaycan komandası sabah pley-off mərhələsində Polşa təmsilçisi ilə qarşılaşacaq. Qeyd edək ki, çempionatda 33 ölkədən ümumilikdə 40 komanda iştirak edir. Geri qayıt |