Əsas Səhifə > REGİON > Özbəkistan sakini çoxmərtəbəli binanın zirzəmisində köpəkbalığı yetişdirib

Özbəkistan sakini çoxmərtəbəli binanın zirzəmisində köpəkbalığı yetişdirib


Bu gün, 15:20


Fərqanə vilayətinin (Özbəkistan) sakini çoxmənzilli binanın zirzəmisində hovuz quraşdırıb və orada balıq, o cümlədən köpəkbalığı yetişdirib.

Şəffaflıq.az xəbər verir ki, bunu Özbəkistanın Fərqanə vilayətinin tikinti və mənzil-kommunal təsərrüfatı sahəsində nəzarət üzrə ərazi müfəttişliyinin əməkdaşları "Muruvvat" məhəlləsində yerləşən binada yoxlama apararkən aşkar ediblər.

Məlum olub ki, mənzillərdən birinin sahibi müəyyən edilmiş tələbləri pozaraq zirzəmini zəbt edib, həmçinin içməli sudan özbaşına istifadə edib.

Həmin şəxs cərimələnib və 15 gün ərzində zirzəmini boşaltmağa, hovuzu sökməyə və sahəni əvvəlki vəziyyətinə qaytarmağa məcbur edilib.

Sudan qanunsuz istifadə faktı üzrə də protokol tərtib edilib.


Geri qayıt