Əsas Səhifə > Mədəniyyət / SİYASƏT > Region teatrlarında rəhbər vəzifələr üçün müsabiqəyə 191 müraciət daxil olub

Region teatrlarında rəhbər vəzifələr üçün müsabiqəyə 191 müraciət daxil olub


Bu gün, 10:48


Mədəniyyət Nazirliyinin regionlardakı dövlət teatrlarında direktor və direktor müavini vəzifələri üçün elan etdiyi müsabiqəyə, ilkin məlumata görə, 191 müraciət daxil olub.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ilkin dəyərləndirmələr nəticəsində 184 müraciət müsabiqədə iştirak üçün qəbul edilib.

Üzərində düzəliş edilməsi üçün 4 müraciət geri qaytarılıb, 3 müraciətdən isə imtina olunub.

Xatırladaq ki, müsabiqəyə müraciət avqustun 31-də başa çatıb. Hazırda digər müraciətlər üzrə dəyərləndirmələr davam etdirilir.

Şəffaflıq.az


Geri qayıt