Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Hindistan raketi Yerin məsafədən zondlanması peykini orbitə çıxarıb

Hindistan raketi Yerin məsafədən zondlanması peykini orbitə çıxarıb


Bu gün, 09:33


Hindistanın "GSLV-F17" daşıyıcı raketi "EOS-05 (GISAT-1A)" Yerin məsafədən zondlanması peykini uğurla orbitə çıxarıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı məlumat yayıb.

Peyk Hindistan ərazisində təbii fəlakətlərin, hava şəraitinin və kənd təsərrüfatı torpaqlarının vəziyyətinin sutkalıq monitorinqi üçün nəzərdə tutulub.

Buraxılış ölkənin cənub-şərqindəki Şriharikota adasında yerləşən Satiş Dxavan adına Kosmik Mərkəzin start meydançasından həyata keçirilib.


Geri qayıt