Əsas Səhifə > SİYASƏT > Ramin Məmmədov Zəngilanda vətəndaşları qəbul edəcək
Ramin Məmmədov Zəngilanda vətəndaşları qəbul edəcəkBu gün, 12:23 |
|
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Zəngilanda vətəndaş qəbulu keçirəcək. Bu barədə dövlət qurumundan məlumat verilib. Bildirilib ki, qəbul sentyabrın 7-də saat 11:00-da Zəngilan rayonu Ağalı kəndində (ünvan: Ağalı kəndi, "Ağalı" hotel) keçiriləcək. Qəbulda Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək. Qeyd olunub ki, komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Şərqi Zəngəzur regional bölməsinə (əlaqə vasitələri: (021) 275 52 00, (050) 888 39 98, chairman@scara.gov.az, dk-zengezur@scara.gov.az) müraciət edə bilərlər. Şəffaflıq.az Geri qayıt |