Əsas Səhifə > SİYASƏT > Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günü başlayıb, bəyanat qəbul ediləcək
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günü başlayıb, bəyanat qəbul ediləcəkBu gün, 12:07 |
|
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq minatəmizləmə konfransının ikinci gününə start verilib. Şəffaflıq.az xəbər verir ki, mövzusu "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" olan konfransın ikinci günündə bir sıra panellər baş tutacaq. "Minalardan təsirlənmiş şəhər bərpasında siyasət inteqrasiyası", "Texnologiya və innovasiya: daha təhlükəsiz və daha çox effektiv humanitar mina təmizləmə üçün", "Ölkə nümunəsi təqdimatlar: Milli təcrübələr və dərslər humanitar sahədə öyrənilən mina fəaliyyəti" adlı panellərdə müxtəlif xarici və yerli mütəxəssislər eləcə də rəsmilər çıxış edəcəklər. Konfrans Azərbaycanın mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina təhlükəsinin aradan qaldırılmasının təhlükəsiz və dayanıqlı bərpa prosesində rolu, innovativ yanaşma və qabaqcıl təcrübə mübadiləsi, həmçinin mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır. Bakının ev sahibliyi etdiyi IV Beynəlxalq Minatəmizləmə Konfransında ümumilikdə 60 ölkədən 400-dən çox nümayəndə iştirak edir. Konfransın yekununda bəyanatın qəbul edilməsi planlaşdırılır. Geri qayıt |