Əsas Səhifə > Hadisə > Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıb
Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıbBu gün, 14:12 |
|
Qaradağ rayonu ərazisində fəaliyyət göstərən şirkətlərdən birinə məxsus anbardan ümumi dəyəri 70 min manata yaxın mobil telefon və aksesuarların oğurlanması barədə polisə məlumat daxil olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən 33 yaşlı A.Bağırov və 35 yaşlı R.Rəsullu müəyyən edərək saxlayıblar. Araşdırma zamanı R.Rəsullunun həmin anbarda işlədiyi məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Geri qayıt |