Əsas Səhifə > Gündəm / REGİON > Göyçayda "Koronavirus" ilə bağlı karantinə alınan ailədən xəbər var.

Göyçayda "Koronavirus" ilə bağlı karantinə alınan ailədən xəbər var.


29-03-2020, 22:06
Bir neçə gün əvvəl Göyçay şəhərində bir ailənin COVİD-19 virusuna yoluxma xəbəri yayılıb. 
 Şəffaflıq.az xəbər verir ki, öyçayda "Koronavirus” xəstəliyi ilə əlaqədar olaraq karantinə alınan ailə haqqında, Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalov rəsmi açıqlama verib.O, bildirib ki, Göyçayda D.Q və həyat yoldaşı, E.Q mart ayının 18-i tarixində koronavirus aşkarlandığı söylənən qohumuna qonaq gedib və daha sonra Göyçaya qayıdıb. Bu səbəbdən ailə karantinə alınıb və onlardan yaxma götürülərək analizə göndərilib. Analizin cavablarında isə bu virusun olmaması aşkarlanıb. E.Bilalov bunuda qeyd etdi ki, rayonda hələlik koronavirusuna yoluxma halı baş verməyib.
Davud Tarverdiyev.
Göyçay:
Şəffaflıq.az 
Geri qayıt