Əsas Səhifə > İnfrastruktur > AAYDA vətəndaşlara müraciət edib

AAYDA vətəndaşlara müraciət edib


Bu gün, 11:39


Yol kənarındakı qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vətəndaşlara müraciətində bildirilir.

"Sürətli magistral və ödənişli avtomobil yollarının kənarlarında quraşdırılan qoruyucu dəmir torlar vəhşi və ev heyvanlarının hərəkət hissəsinə çıxmasının qarşısını almaqla yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Lakin bəzi hallarda bu torların ayrı-ayrı şəxslər tərəfindən zədələnməsi və ya qırılması nəticəsində heyvanların avtomobil yoluna çıxmasına şərait yaranır. Bu isə sürücülər üçün gözlənilməz təhlükə yaradır və ağır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır", - deyə müraciətdə qeyd olunub.


Geri qayıt