Əsas Səhifə > İdman > "Böyük Dəbilqə": Azərbaycanın daha beş cüdoçusu tatamiyə çıxacaq
"Böyük Dəbilqə": Azərbaycanın daha beş cüdoçusu tatamiyə çıxacaqBu gün, 11:36 |
|
Azərbaycanın daha beş cüdoçusu İsveçrənin Lozanna şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə başlayacaq. Şəffaflıq.az-ın məlumatına görə, yarışın ikinci günündə Südabə Ağayeva (70 kq), Kamran Süleymanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Vüsal Qələndərzadə və Ömər Rəcəbli (hər ikisi 81 kq) tatamiyə çıxacaqlar. Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur. Xatırladaq ki, ötən gün beş idmançı yarışı medalsız başa vurub. "Böyük Dəbilqə" avqustun 30-da başa çatacaq. Geri qayıt |