Əsas Səhifə > XARİCİ XƏBƏR > NASA: "Starship" kosmik sisteminin sınaq buraxılışları hər həftə həyata keçirilə bilər
NASA: "Starship" kosmik sisteminin sınaq buraxılışları hər həftə həyata keçirilə bilərBu gün, 09:46 |
|
"SpaceX" 2027-ci ildən etibarən "Starship" kosmik sisteminin sınaq buraxılışlarını demək olar ki, hər həftə həyata keçirməyə başlaya bilər. Şəffaflıq.az xəbər verir ki, bu proqnozu ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Milli İdarəsinin (NASA) rəhbəri Cared Ayzekman "Fox News" telekanalının efirində səsləndirib. "Düşünürəm ki, 2027-ci ildən etibarən "Starship"in demək olar ki, hər həftə buraxılışlarını görəcəksiniz", - o bildirib. Ayzekman qeyd edib ki, "SpaceX" həmçinin Aya eniş modulunun yaradılması üzərində işləyir. Şirkətin planlarına əsasən, "Starship", müxtəlif versiyaları yerətrafı orbitə pilotlu uçuşlar, peyklərin çıxarılması, eləcə də Ay, Mars və digər səma cisimlərinə missiyaların yerinə yetirilməsi üçün istifadə edilə biləcək universal kosmik sistem olacaq. Sistemin hər iki əsas pilləsi - çoxdəfəlik istifadə olunan "Super Heavy" sürətləndiricisi və "Starship" gəmisinin şaquli eniş edəcəyi gözlənilir. Geri qayıt |