Əsas Səhifə > ELM VƏ TƏHSİL > Emin Əmrullayev Yardımlıda vətəndaşları qəbul edəcək
Emin Əmrullayev Yardımlıda vətəndaşları qəbul edəcəkDünən, 16:41 |
|
Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 18-də Yardımlı şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbulda Yardımlı, Masallı və Cəlilabad sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 8 sentyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir. Geri qayıt |