Əsas Səhifə > İnfrastruktur > Respublika Stadionunun qarşısına avtobusların girişi məhdudlaşdırılıb
Respublika Stadionunun qarşısına avtobusların girişi məhdudlaşdırılıbDünən, 15:49 |
|
Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb. Şəffaflıq.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Bildirilib ki, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq. Müntəzəm marşrutların, eləcə də M5 və M6 nömrəli ekspres avtobusların dayanacaq yeri müvəqqəti olaraq "Gənclik Mall"un qarşısındakı dayanacaqdan təşkil edilib. Geri qayıt |