Əsas Səhifə > Hadisə > Bakıda Tiflisə uçan sərnişində kokain aşkar edilib
Bakıda Tiflisə uçan sərnişində kokain aşkar edilibDünən, 15:43 |
|
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin və Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya Təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən aparılan birgə nəzarət-yoxlama tədbirləri nəticəsində narkotık vasitə aşkar edilib. Bu barədə Komitədən məlumat verilib. Bildirilib ki, Bakı-Tiflis aviareysi ilə gedən Azərbaycan vətəndaşının üzərində aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 15,849 qram narkotik vasitə - kokain aşkar olunub. Daha sonra davam etdirilən tədbirlər nəticəsində həmin şəxsin kirayədə yaşadığı evdən 16 qrama qədər narkotik vasitə - qurudulmuş marixuana, 1 ədəd bükümdə təmiz çəkisi 2,440 qram olan çətənə bitkisinin toxumları, 2 həb psixotrop maddə aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az Geri qayıt |