Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Hindistanda təyyarə qəzaya uğrayıb

Hindistanda təyyarə qəzaya uğrayıb


Dünən, 14:10


Hindistanın Kanpur şəhərində, Qanq çayı üzərindəki bəndin yaxınlığında təlim təyyarəsi qəzaya uğrayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə yerli media rəsmi şəxslərə istinadən məlumat yayıb.

Hadisə nəticəsində bir pilot hadisə yerində həlak olub, ikinci təcrübəçi pilot isə ağır xəsarətlər alıb.

Təyyarə "Garg Aviation" şirkətinə məxsusdur.

Xilasetmə xidmətləri hadisə yerindədir. Qəzanın səbəbləri araşdırılır.


Geri qayıt