Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Dünya Bankı Nepala 260 milyon dollardan çox məbləğdə yardım göstərəcək
Dünya Bankı Nepala 260 milyon dollardan çox məbləğdə yardım göstərəcəkDünən, 11:36 |
|
Dünya Bankı Rasuva rayonunda baş vermiş dağıdıcı daşqınlarla əlaqədar Nepala təcili yardım qismində 25 milyard rupiyə qədər (təqribən 262 milyon ABŞ dolları) vəsait ayıracaq. Şəffaflıq.az-ın "The Himalayan Times" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Dünya Bankının Nepal üzrə direktoru Devid Sislen bildirib. "Dünya Bankının Nepal nümayəndəliyinin direktoru Devid Sislen maliyyə naziri Svarnim Vaqleyə təcili yardım kimi müxtəlif mənbələrdən 25 milyard rupiyə qədər vəsaitin cəlb oluna biləcəyini bildirib", - nəşr qeyd edir. Bundan başqa, ABŞ daşqınlardan zərər çəkmiş icmalara yardım üçün 500 min dollar ayırdığını elan edib. ABŞ Dövlət Departamenti bildirib ki, yardım "Catholic Relief Services" təşkilatı ilə qlobal saziş çərçivəsində təqdim ediləcək və müvəqqəti sığınacaq, ilkin tələbat malları, həmçinin su təchizatı, kanalizasiya və gigiyena xidmətlərinin təmin edilməsinə yönəldiləcək. Geri qayıt |