Əsas Səhifə > ELM VƏ TƏHSİL > Ərdoğan Qarabağ Universitetində İTU nəzdində akademik bölmələr yaradılması barədə qərar imzalayıb

Ərdoğan Qarabağ Universitetində İTU nəzdində akademik bölmələr yaradılması barədə qərar imzalayıb


Dünən, 11:18


Qarabağ Universitetində İstanbul Texniki Universiteti (İTU) nəzdində akademik bölmələr yaradılacaq.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar "Resmi Gazete"də yayımlanıb.

Qərara əsasən, Qarabağ Universitetində İTU-ya tabe olan akademik bölmələr yaradılacaq.

Qeyd edək ki, 2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində İTU ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramına start verilib.


Geri qayıt