Əsas Səhifə > ELM VƏ TƏHSİL > Peşə məktəblərinə tələbə qəbulunun II mərhələsi başlayıb
Peşə məktəblərinə tələbə qəbulunun II mərhələsi başlayıbDünən, 10:57 |
|
27 avqust tarixindən etibarən 2026/2027-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun II mərhələsinə start verilir. Bu barəd Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, II mərhələdə müraciətçilər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər. Boş qalan yerlərə sənəd qəbulu 3 sentyabr saat 18:00-dək davam edəcək. Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. 2026/2027-ci tədris ili üzrə tələbə qəbulunun II mərhələsi 69 peşə təhsili müəssisəsində 149 ixtisas olmaqla 12766 plan yeri üzrə aparılacaq. Plan yerlərindən 7647-si dövlət vəsaiti hesabınadır. Həmçinin peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır. Peşə təhsil müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər. Məlumat üçün bildiririk ki, peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi 23 iyul – 10 avqust tarixlərində 78 peşə təhsili müəssisəsində 149 ixtisas olmaqla 33120 plan yeri üzrə aparılıb. Peşə təhsil müəssisələrinə qəbul olan namizədlərdən 18084 nəfəri sənədlərini qəbul olunduqları təhsil müəssisəsinə təqdim ediblər. Şəffaflıq.az Geri qayıt |