Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Hörmüz boğazında tankerə hücum edilib
Hörmüz boğazında tankerə hücum edilibDünən, 10:51 |
|
Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarəti Daşımalarının Koordinasiya Mərkəzinin (UKMTO) məlumatında deyilir. Qeyd olunur ki, zərbə nəticəsində gəmidə yanğın baş verib və sonradan onu söndürmək mümkün olub. Qurumdan əlavə ediblər ki, heyət üzvlərinin həyatı üçün təhlükə yoxdur, onların olduğu yeri müəyyən edilib. Ətraf mühitə dəyən zərər (neft sızması - red.) barədə məlumat daxil olmayıb. Geri qayıt |