Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Nepalda daşqınlar 9 nəfərin ölümünə, 400-dən çox insanın itkin düşməsinə səbəb olub

Nepalda daşqınlar 9 nəfərin ölümünə, 400-dən çox insanın itkin düşməsinə səbəb olub


Bu gün, 15:33


Nepalın Rasuva rayonunda qəfil güclü daşqınlar nəticəsində 9 nəfər ölüb, 400-dən çox insan itkin düşmüş hesab olunur.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

"İtkin düşənlər arasındakı 105 nəfər yerli sakindir", - nəşr qeyd edib.

Həmçinin bildirilib ki, su elektrik stansiyasında çalışan azı 8 cənubi koreyalı fəhlə itkin düşüb, daha 10 nəfər isə genişmiqyaslı qəfil daşqın nəticəsində mühasirədə qalıb. Nepal hakimiyyəti onların təxliyəsi üçün helikopter göndərib.


Geri qayıt