Əsas Səhifə > SİYASƏT > Milli Məclisin bəzi deputatları sabahkı plenar iclasa qatılmayacaq
Milli Məclisin bəzi deputatları sabahkı plenar iclasa qatılmayacaq29-03-2020, 15:02 |
Milli Məclisin sabah - martın 30-da keçiriləcək növbəti plenar iclasında bəzi deputatlar iştirak etməyəcək. Yaşı 65-dən yuxarı olan deputatlara xüsusi karantin rejiminə əməl etmək və sabahkı iclasa qatılmamaq tövsiyə edilib. Qeyd edək ki, Milli Məclisin sabahkı iclası saat 11:00-da başlayacaq. İclasın gündəliyinə 16 məsələ daxil edilib./report/ Geri qayıt |