Əsas Səhifə > REGİON > Zelenski İlham Əliyevə təşəkkür edib, Azərbaycanın dəstəyini qeyd edib

Zelenski İlham Əliyevə təşəkkür edib, Azərbaycanın dəstəyini qeyd edib


Bu gün, 16:45


Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Müstəqilliyinin 35-ci ildönümü münasibətilə səmimi təbriklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Şəffaflıq.az-ın məlumatına görə, Ukrayna lideri bu barədə "X" sosial şəbəkəsində yazıb.

O, Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsində tutduğu qətiyyətli mövqeyini yüksək qiymətləndirib.

"Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyi hər zaman qətiyyətli olub və buna görə də biz bunu həmişə yüksək qiymətləndirmişik", - Zelenski qeyd edib.

Onun sözlərinə görə, Ukrayna və Azərbaycan zamanın sınağından çıxmış iqtisadi əməkdaşlığı inkişaf etdirməyə davam edir, energetika və təhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyətin yeni istiqamətlərini araşdırır, həmçinin lazım olduqda bir-birinə yardım edir.

"Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq bundan sonra da möhkəmlənəcək", - Ukrayna Prezidenti vurğulayıb.


Geri qayıt