Əsas Səhifə > SİYASƏT > İmişlidə I Qarabağ müharibəsinin itkin-şəhidi Mürşüd Nərimanovla vida mərasimi keçirilib
İmişlidə I Qarabağ müharibəsinin itkin-şəhidi Mürşüd Nərimanovla vida mərasimi keçirilibBu gün, 13:25 |
|
İmişlidə rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mürşüd Nərimanovla vida mərasimi keçirilib. Şəffaflıq.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, İmişli rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Mürşüd Nadir oğlu Nərimanov 1963-cü il yanvarın 5-də İmişlinin Məzrəli kəndində anadan olub. 1994-cü il yanvarın 26-da Ağdam rayonunun Qərvənd kəndində itkin düşüb. M.Nərimanov doğulduğu kənddə dəfn ediləcək. Geri qayıt |