Əsas Səhifə > EKOLOGİYA > Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
Sabah Azərbaycanda 40 dərəcə isti olacaqBu gün, 13:18 |
|
Azərbaycanda sabah bəzi yerlərdə 40 dərəcə isti gözlənilir. Şəffaflıq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55% olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacaq. Geri qayıt |