Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Alyaskada göyərtəsində səkkiz nəfərin olduğu təyyarə qəzaya uğrayıb
Alyaskada göyərtəsində səkkiz nəfərin olduğu təyyarə qəzaya uğrayıbBu gün, 09:53 |
|
ABŞ-ın Alyaska ştatının qərbində göyərtəsində səkkiz nəfərin olduğu təyyarə qəzaya uğrayıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) məlumat yayıb. Qeyd olunub ki, təyyarədə iki pilot və altı sərnişin olub. Məlumata əsasən, təyyarə Ankoric şəhərindən havaya qalxıb və Kap Nyuenhem ərazisində qəzaya uğrayıb. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Təyyarədə olan şəxslərin vəziyyəti ilə bağlı hələlik məlumat verilmir. Qəzanın səbəbləri və digər təfərrüatlar araşdırılır. Geri qayıt |