Əsas Səhifə > HƏRBİ > Türkiyənin "TUFAN" kamikadze dəniz dronu ilk dəfə suya endirilib

Türkiyənin "TUFAN" kamikadze dəniz dronu ilk dəfə suya endirilib


Bu gün, 16:08


Türkiyənin dəniz döyüşlərində yeni nəsil zərbəedici qüvvə kimi hazırlanan "TUFAN" adlı pilotsuz kamikadze dəniz aparatı ilk dəfə suya endirilib.

Şəffaflıq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ASELSAN şirkətinin məlumatında qeyd olunub.

Bildirilib ki, "TUFAN" pilotsuz kamikadze dəniz dronu TEKNOFEST festivalı çərçivəsində nümayiş olunur.

Qeyd edək ki, "TUFAN" su səthində hərəkət edən kamikadze dəniz dronudur. O, yüksək partlayıcılıq qabiliyyətinə malik, avtonom və sürü şəklində fəaliyyət göstərə bilən platforma kimi təqdim edilir. Uzunluğu 8, eni isə 1,8 metrdir. Pilotsuz dəniz aparatının maksimal sürəti 50 knotdan çoxdur, bu da təxminən 93 km/saat sürət deməkdir.

"TUFAN"ın əməliyyat məsafəsi 200 dəniz milidir. Bu da təxminən 370 kilometr məsafəyə bərabərdir.


Geri qayıt