Əsas Səhifə > Hadisə > Gəncədə zibil poliqonunda aşkarlanan çürümüş döllə bağlı araşdırma aparılır
Gəncədə zibil poliqonunda aşkarlanan çürümüş döllə bağlı araşdırma aparılırBu gün, 11:34 |
|
Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda çürümüş dölün aşkar edilməsi faktı üzrə Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin olunub. Həmçinin hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər icra edilib. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək. Şəffaflıq.az Geri qayıt |