Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > BƏƏ İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
BƏƏ İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıbBu gün, 11:15 |
|
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İran arasında bütün ticarət, kommersiya, maliyyə əməliyyatları növbəti xəbərdarlığa qədər dayandırılıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyinin sözçüsü Əfra Əl-Hameli bildirib. Onun sözlərinə görə, qərar regional, beynəlxalq sülh və təhlükəsizliyi pozan regional eskalasiya fonunda verilib. Əl-Hameli BƏƏ ilə İran arasında iqtisadi münasibətlərin vəziyyəti ilə bağlı bütün iddiaları rədd edərək, Əbu Dabinin sülh, sabitlik və rifahın təşviqi vasitəsi kimi dialoq, əməkdaşlıq, regional inteqrasiyaya sadiqliyini vurğulayıb. O, həmçinin qeyd edib ki, BƏƏ beynəlxalq hüquqa və dünya standartlara uyğun olaraq beynəlxalq maliyyə sisteminin bütövlüyünün qorunması prinsiplərinə sadiq qalmağa davam edəcək. Daha əvvəl BƏƏ-nin Müdafiə Nazirliyi İrandan atılan iki ballistik raket aşkar etdiyini açıqlayıb. Geri qayıt |