Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Çində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı beşə çatıb

Çində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı beşə çatıb


Bu gün, 11:02


Çinin cənubundakı Quansi-Çjuan muxtar rayonunda baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb.

Daha əvvəl bir nəfərin öldüyü, dörd nəfərin qaya altında qaldığı bildirilib.

Hadisə bazar ertəsi günü Heçi şəhər dairəsində yerləşən Nandan kəndində tikinti işləri aparılarkən baş verib.

Hazırda fəlakətin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.

Hakimiyyət orqanları hadisənin səbəbini araşdırır.


Geri qayıt