Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiyaya məxsus dron Moldova ərazisinə düşüb

Rusiyaya məxsus dron Moldova ərazisinə düşüb


Bu gün, 15:06


Rusiyanın Ukraynaya növbəti hava hücumu zamanı Moldova ərazisinə də zərbələr dəyib.

Şəffaflıq.az-ın məlumatına görə, hava hücumu zamanı Moldovanın Talmaza rayonu ərazisinə Rusiya ordusuna məxsus dron düşüb.

Rəsmi Kişineu bu hava zərbələrini Moldovanın suverenliyinə ciddi təhlükə adlandırıb.

Qeyd edək ki, bu, son bir həftədə üçüncü dəfədir ki, Rusiya ordusuna məxsus dron Moldova ərazisinə düşür.


Geri qayıt