Əsas Səhifə > Hadisə > Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunubBu gün, 10:34 |
|
Qəbələ rayonunun Hacallı kəndi, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi və Ağsu şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla yanğının E.Məhyəddinov, İ.Zeynalov və E.Musayev tərəfindən törədildiyi məlum olub. Yanğın hadisələri nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Şəffaflıq.az Geri qayıt |