Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Kolumbiyada zəlzələnin vurduğu zərər 9,6 milyard dollar qiymətləndirilib
Kolumbiyada zəlzələnin vurduğu zərər 9,6 milyard dollar qiymətləndirilibBu gün, 09:41 |
|
Kolumbiyada avqustun 10-da baş vermiş zəlzələnin birbaşa maddi zərəri ilkin hesablamalara görə 30 trilyon peso (9,6 milyard dollar) təşkil edir. Şəffaflıq.az-ın məlumatına görə, bunu Kolumbiya Prezidenti Abelardo de la Espriella açıqlayıb. Onun sözlərinə görə, özəl şirkət zəlzələnin Çoko, Valye-del-Kauka, Risaralda, Kindio və Kaldas departamentlərində vurduğu zərəri qiymətləndirib. Ümumi zərərin 24,5 trilyon pesosu (7,8 milyard dollar) binaların, 5,5 trilyon pesosu (1,8 milyard dollar) isə infrastrukturun payına düşür. Prezident bildirib ki, mütləq rəqəmlərlə Çoko departamentindəki zərər digər zərərçəkmiş bölgələrlə müqayisədə daha az olsa da, əhalinin və ərazinin miqyasına nisbətdə ən böyük itki məhz burada qeydə alınıb. Onun sözlərinə görə, Çoko xüsusi diqqətə və genişmiqyaslı bərpa planına ehtiyac duyur. Son məlumatlara əsasən, zəlzələ nəticəsində 289 nəfər həlak olub, 4 187-si yaralanıb, 142 şəxs isə itkin düşmüş hesab olunur. Təbii fəlakət nəticəsində 26 945 ev dağılıb, 127 557 evə isə ziyan dəyib. Yardım işlərinə də beynəlxalq qüvvələr cəlb olunub. ABŞ, Ekvador və İsraildən ümumilikdə 138 xarici xilasedici Kolumbiyaya gəlib. Geri qayıt |