Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Hörmüz boğazında gəmiyə hücum edilib, ekipaj üzvü həlak olub

Hörmüz boğazında gəmiyə hücum edilib, ekipaj üzvü həlak olub


Bu gün, 09:39


Hörmüz boğazında naməlum gəmi mərmi ilə vurulub, ekipaj üzvlərindən biri həlak olub.

Şəffaflıq.az-ın Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları üzrə Koordinasiya Mərkəzinə (UKMTO) istinadən verdiyi məlumata görə, hadisə gəmi boğazdan çıxarkən baş verib.

Zərbə nəticəsində gəminin mühərrik bölməsi zədələnib və ekipaj üzvlərindən biri həyatını itirib. Digər ekipaj üzvlərinə Oman Sahil Mühafizəsi tərəfindən yardım göstərilir.

Hadisənin səbəbləri və hücumun kim tərəfindən həyata keçirildiyi araşdırılır. UKMTO regionda fəaliyyət göstərən gəmilərə ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.

Hörmüz boğazında son günlər gəmiçiliyə qarşı təhlükələrin artması fonunda baş verən son insident regionda dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb. Bölgədə əvvəl də bir neçə kommersiya gəmisinin hücuma məruz qalması barədə məlumatlar yayılıb.


Geri qayıt