Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Fransada təlim təyyarəsi qəzaya uğrayıb, iki nəfər yaralanıb

Fransada təlim təyyarəsi qəzaya uğrayıb, iki nəfər yaralanıb


Dünən, 16:35


Fransa Müdafiə Nazirliyinin Hərbi Hava və Kosmik Qüvvələrinin "Cirrus SR-20" təyyarəsi təlim uçuşu zamanı Buş-dü-Ron departamentinin Salon-de-Provans kommunasında qəzaya uğrayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Hərbi Hava və Kosmik Qüvvələrinin məlumatında deyilir.

Qeyd olunub ki, Hərbi Hava Qüvvələrinin kiçik təyyarəsinin iki ekipaj üzvü - pilot və təlimatçı aldıqları xəsarətlərə baxmayaraq, həyəcan siqnalı veriblər.

Qəza zamanı onlar yaşayış məntəqələrindən yan keçə biliblər. Üçüncü şəxslərə ziyan dəyməyib.

"Hərbi Hava Məktəbinin göyərtədə olan iki hərbçisi təyyarəni endirməyə və onu alovlanmazdan əvvəl tərk etməyə müvəffəq olublar", – Salon-de-Provans şəhər meriyasında bildiriblər.


Geri qayıt