Əsas Səhifə > ELM VƏ TƏHSİL > Kolleclərə qeydiyyat prosesinə başlanılır
Kolleclərə qeydiyyat prosesinə başlanılırBu gün, 13:16 |
|
Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı prosesinə başlanılır. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeydiyyat prosesi my.gov.az platforması üzərindən 19 avqust saat 15:00 - 31 avqust saat 18:00 tarixləri aralığında həyata keçiriləcək: "Müraciət edəcək şəxslərdən aşağıdakı məlumatları nəzərə almaları xahiş olunur: Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır. Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər. 15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini "SİMA rəqəmsal imza" ilə açmalıdırlar". Şəffaflıq.az Geri qayıt |